22 mart 2026. Bazar günü

“Arsenal”, “Yuventus” və “Çelsi” Reşford uğrunda mübarizəyə qoşuldu


  • Transfer
  • 18:31 22.03.2026
  • Oxunma sayı: 33
“Arsenal”, “Yuventus” və “Çelsi” Reşford uğrunda mübarizəyə qoşuldu

“Arsenal”, “Yuventus” və “Çelsi” klubları hazırda icarə əsasında “Barselona”da çıxış edən “Mançester Yunayted”in hücumçusu Markus Reşfordu transfer etmək niyyətindədir.

90deqiqe.Az-ın "Football365"ə istinadən məlumatına görə, Kataloniya təmsilçisi ingilis futbolçunu komandada saxlamaq istəyir, lakin onun yenidən icarəyə götürülməsi variantını da nəzərdən keçirir. “Mançester Yunayted” isə 28 yaşlı oyunçunun satışından ciddi gəlir əldə etməyi planlaşdırır.

Sözügedən klubların artıq futbolçunun transferi üçün agenti ilə danışıqlara başlayıb.

Bildirilir ki, “qırmızı şeytanlar” rəqiblərini gücləndirməmək üçün Reşfordu “Arsenal” və “Çelsi”yə satmaqdan imtina edə bilər. Turin təmsilçisi isə bu fürsətdən yararlanmağı hədəfləyir.

Cari mövsümdə hücumçu bütün turnirlər daxil olmaqla 38 oyunda iştirak edib, 10 qol vurub və 13 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun bazar dəyəri 40 milyon avro olaraq qiymətləndirilir.







Transfer