- Transfer
- 02:14 23.03.2026
Fransa yığmasının sabiq futbolçusu Zinəddin Zidan milli komandaya baş məşqçi təyin oluna bilər.
90deqiqe.Az-ın "Le Parisien"ə istinadən məlumatına görə, o, Fransa Futbol Federasiyası ilə yığmaya rəhbərlik etməsi barədə şifahi razılığa gəlib.
Federasiyanın prezidenti Filip Diallo yeni baş məşqçinin kim olacağını bildiyini desə də, hələlik ad açıqlamayıb. O bildirib ki, bu vəzifəyə beş namizəd olub və onların hamısı fransız mütəxəssisdir.
Qeyd edək ki, Zinəddin Zidan Madridin "Real Madrid" komandasına rəhbərlik etdiyi dövrdə iki dəfə İspaniya çempionu olub, iki dəfə ölkə Superkubokunu qazanıb və üç dəfə Avropanın ən nüfuzlu klub turnirinin qalibi olub.
2026-cı ildə keçiriləcək dünya çempionatında Fransa yığması qrup mərhələsində Seneqal, Norveç və daha sonra müəyyənləşəcək daha bir komanda ilə qarşılaşacaq.