23 mart 2026. Bazar ertəsi

"Spartak" "Beşiktaş"ın müdafiəçisini transfer edə bilər


  • Transfer
  • 15:12 23.03.2026
  • Oxunma sayı: 42
"Spartak" "Beşiktaş"ın müdafiəçisini transfer edə bilər

 Türkiyənin “Beşiktaş” komandasında çıxış edən müdafiəçi Feliks Uduoxay karyerasını Rusiyada davam etdirə bilər.

90deqiqe.Az-ın "Ajansspor"a istinadən məlumatına görə, alman futbolçunun xidmətində Moskvanın “Spartak” klubu maraqlıdır. Rusiya klubu  28 yaşlı futbolçunun transferi ilə bağlı danışıqlara başlamağı planlaşdırır. 

Bildirilib ki, futbolçunun İstanbul təmsilçisi ilə müqaviləsinin müddətinin bitməsinə bir il qalıb. Klub yay transfer dövründə onunla yolları ayırmağa hazırdır. Uduoxayın özü də “Spartak”a keçidə müsbət yanaşır.

Xatırladaq ki, Moskva təmsilçisi daha əvvəl “Beşiktaş”dan portuqaliyalı yarımmüdafiəçi Jedson Fernandeşi transfer edib.

Cari mövsümdə Uduoxay bütün turnirlərdə 19 oyunda iştirak etsə də, məhsuldar fəaliyyəti ilə yadda qalmayıb. Məlumata görə, futbolçunun bazar dəyəri 4 milyon avro təşkil edir.







Transfer