13 may 2026. Çərşənbə

Portuqaliya klubunda yeni baş məşqçi


  • Transfer
  • 15:51 28.09.2019
  • Oxunma sayı: 504
Portuqaliya klubunda yeni baş məşqçi
Portuqaliyanın “Sportinq” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Corner.az xəbər verir ki, Lissabon təmsilçisinin “sükan”ı Jorje Silaşa həvalə olunub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 43 yaşlı mütəxəssislə mövsümün sonuna qədər olan müqavilə imzalanıb.
 
Qeyd edək ki, “Sportinq”də bir müddət əvvəl baş məşqçi Marsel Kayzer vəzifəsindən ayrılmışdı. Komanda Portuqaliya çempionatında 6 turdan sonra 8 xalla 7-ci sırada qərarlaşıb.






Transfer