23 mart 2026. Bazar ertəsi

Qrizmannın "Orlando Siti"dəki maaşı açıqlandı


  • Transfer
  • 21:07 23.03.2026
  • Oxunma sayı: 47
Qrizmannın "Orlando Siti"dəki maaşı açıqlandı

"Atletiko Madrid"in hücumçusu Antuan Qrizmann karyerasını ABŞ-ın "Orlando Siti" komandasında davam etdirəcək.

90deqiqe.Az xəbər verir ki, fransalı futbolçu artıq MLS klubuna keçidi ilə bağlı razılıq əldə edib.

25 yaşlı hücumçu cari mövsüm başa çatdıqdan sonra Şimali Amerikaya yollanacaq və iki illik müqavilə imzalayacaq.

Qrizmannın "Orlando Siti" ilə bağlayacağı müqaviləyə əsasən illik maaşı 10 milyon avro təşkil edəcək.

Cari mövsümdə hücumçu bütün yarışlarda 43 oyunda iştirak edib, 13 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Transfermarkt portalı isə Qrizmannın dəyərini 10 milyon avro olaraq qiymətləndirir.







Transfer