24 mart 2026. Çərşənbə axşamı

Qrizmann karyerasını ABŞ çempionatında davam etdirəcək


  • Transfer
  • 19:03 24.03.2026
  • Oxunma sayı: 55
Qrizmann karyerasını ABŞ çempionatında davam etdirəcək

ABŞ çempionatında çıxış edən "Orlando Siti" klubu "Atletiko Madrid" komandasının hücumçusu Antuan Qrizmann ilə müqavilə imzalayıb.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, müqavilə 2026-cı ilin iyul ayından qüvvəyə minəcək və 2027/2028 mövsümünün sonuna qədər qüvvədə olacaq. Müqavilədə daha bir il uzadılma imkanı da nəzərdə tutulub.

Klub rəhbərliyi transferin klub və çempionat üçün mühüm hadisə olduğunu bildirib.

Fransa millisinin sabiq üzvü 2018-ci ildə dünya çempionu olub və uzun illər İspaniya çempionatında çıxış edib.







Transfer