24 mart 2026. Çərşənbə axşamı

"Bavariya"nı “Liverpul”a dəyişəcək? - şərtlərini açıqladı


  • Transfer
  • 21:44 24.03.2026
  • Oxunma sayı: 37
"Bavariya"nı “Liverpul”a dəyişəcək?  - şərtlərini açıqladı

Almaniyanın “Bavariya” klubunun yarımmüdafiəçisi Maykl Olise yenidən İngiltərə çempionatına qayıda bilər.

90deqiqe.Az-ın "Indykaila News"a istinadən məlumatına görə, “Liverpul” fransalı futbolçunun transferində maraqlıdır.

Futbolçunun nümayəndələri artıq “qırmızılar”a bildiriblər ki, bu keçidin reallaşması üçün İngiltərə klubu cari mövsümün yekunlarına əsasən Çempionlar Liqasına vəsiqə qazanmalıdır. Hazırda “Liverpul” turnir cədvəlində 5-ci pillədə qərarlaşıb.

Maykl Olise 2024-cü ildə “Kristal Pelas” klubundan “Bavariya”ya 53 milyon avro qarşılığında keçib. Onun müqaviləsi 30 iyun 2029-cu ilə qədər qüvvədədir.

Cari mövsümdə yarımmüdafiəçi Münhen təmsilçisinin heyətində bütün yarışlar daxil olmaqla 39 oyunda iştirak edib, 16 qol vurub və 27 məhsuldar ötürmə verib.







Transfer

Kazemiro "İnter"ə keçə bilər
  • Transfer
  • 23:00 24.03.2026
Kazemiro "İnter"ə keçə bilər