25 mart 2026. Çərşənbə

Joao Feliks yenidən İngiltərə Premyer Liqasına qayıda bilər


  • Transfer
  • 22:50 24.03.2026
  • Oxunma sayı: 48
Joao Feliks yenidən İngiltərə Premyer Liqasına qayıda bilər

“Əl-Nəsr”in hücumçusu Joao Feliks yenidən İngiltərə Premyer Liqasına qayıda bilər.   

90deqiqe.Az-ın "Fichajes"ə istinadən məlumatına görə, portuqaliyalı futbolçunun transferində “Mançester Yunayted” maraqlıdır.

“Qırmızı şeytanlar” 26 yaşlı futbolçunun universallığını yüksək qiymətləndirir və onun komandanın hücum xəttinə həm dərinlik, həm də çeviklik qatacağını hesab edir. Artıq futbolçunun agenti ilə danışıqlara da başlanılıb.

O, daha əvvəl bu liqada “Çelsi”nin formasını geyinib.

Joao Feliks 2025-ci ildə 30 milyon avro qarşılığında “Çelsi”dən “Əl-Nəsr”ə keçib. Onun müqaviləsi 30 iyun 2027-ci il tarixinədək qüvvədədir. Cari mövsümdə hücumçu Səudiyyə Ərəbistanı klubunun heyətində 37 oyuna çıxıb, 21 qol vurub və 15 məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer

Kazemiro "İnter"ə keçə bilər
  • Transfer
  • 23:00 24.03.2026
Kazemiro "İnter"ə keçə bilər