1 oktyabr 2026. Cümə axşamı

Antonio Rüdiger İngiltərəyə qayıda bilər


  • Transfer
  • 22:58 24.03.2026
  • Oxunma sayı: 345
Antonio Rüdiger İngiltərəyə qayıda bilər

“Real”ın müdafiəçisi Antonio Rüdiger yenidən İngiltərə Premyer Liqasına qayıda bilər. 

90deqiqe.Az-ın "Tuttosport"a istinadən məlumatına görə, 33 yaşlı futbolçunun transferində “Liverpul” maraqlıdır.

“Qırmızılar” alman futbolçunu bu yay azad agent kimi heyətə qatmağı planlaşdırır. Belə ki, onun Madrid klubu ilə müqaviləsinin müddəti başa çatdıqdan sonra sərbəst qalmaq ehtimalı var. Mersisayd təmsilçisi artıq futbolçunun agenti ilə ilkin danışıqlara da başlayıb.

O, daha əvvəl bu liqada “Çelsi”nin formasını geyinib.

Antonio Rüdiger 2022-ci ildə azad agent qismində “Çelsi”dən “Real”a keçib. Cari mövsümdə müdafiəçi “kral klubu”nun heyətində bütün turnirlərdə 18 oyuna çıxıb və bir qol vurub. Onun transfer dəyəri doqquz milyon avro olaraq qiymətləndirilir.







Transfer

Sterlinq klub tapa bilmir
  • Transfer
  • 22:44 28.09.2026
Sterlinq klub tapa bilmir