- Transfer
- 23:49 24.03.2026
“Mançester Yunayted”in yarımmüdafiəçisi Kazemiro karyerasını A Seriyasında davam etdirə bilər.
90deqiqe.Az-ın "Globo Esporte"yə istinadən məlumatına görə, braziliyalı futbolçunun transferində “İnter” maraqlıdır. Milan təmsilçisi artıq 34 yaşlı oyunçu ilə yay transferi ilə bağlı danışıqlara başlayıb.
Kazemiro maraq göstərən klublara bildirib ki, gələcəyi ilə bağlı qərarı yalnız bu yay keçiriləcək dünya çempionatından sonra verəcək.
Kazemiro 2022-ci ildə 70 milyon avro qarşılığında “Real”dan “Mançester Yunayted”ə keçib. Bu yay braziliyalı futbolçu “qırmızı şeytanlar”la müqaviləsini uzatmayacağı üçün azad agent statusu alacaq.
Cari mövsümdə yarımmüdafiəçi “Mançester Yunayted”in heyətində 30 oyuna çıxıb, yeddi qol vurub və iki məhsuldar ötürmə ilə yadda qalıb.