25 mart 2026. Çərşənbə

PSJ və “Yuventus” futbolçu mübadiləsi edə bilər


  • Transfer
  • 23:17 24.03.2026
  • Oxunma sayı: 61
PSJ və “Yuventus” futbolçu mübadiləsi edə bilər

“Yuventus”un hücumçusu Conatan Devid Fransa çempionatına qayıda bilər. 

90deqiqe.Az xəbər verir ki, Turin klubu kanadalı futbolçunu bu yay satmağa hazırdır.

Bununla yanaşı, hücumçunun transferində PSJ maraqlıdır. Paris klubunun rəhbərliyində Devidin oyununu çox bəyənən şəxslər var. PSJ “Yuventus”a hazırda icarə əsasında “Tottenhem”də çıxış edən Randal Kolo-Muanini təklif edərək mübadilə variantını irəli sürə bilər. Artıq tərəflər arasında ilkin danışıqlara da başlanılıb.

Kolo-Muani 2025-ci ildə də icarə əsasında Turin klubunda çıxış edib.

Conatan Devid 2025-ci ildə azad agent kimi “Lill”dən “Yuventus”a keçib. Onun müqaviləsi 30 iyun 2030-cu ilə qədər qüvvədədir. Cari mövsümdə kanadalı futbolçu Turin təmsilçisinin heyətində 34 oyuna çıxıb, beş qol vurub və dörd məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer

Kazemiro "İnter"ə keçə bilər
  • Transfer
  • 23:00 24.03.2026
Kazemiro "İnter"ə keçə bilər