1 oktyabr 2026. Cümə axşamı

"İnter" Niko Uilyamsı transfer etmək istəyir


  • Transfer
  • 23:21 24.03.2026
  • Oxunma sayı: 423
"İnter" Niko Uilyamsı transfer etmək istəyir

Bilbao “Atletik”inin vingeri Niko Uilyams “İnter”in maraq dairəsinə düşüb.

90deqiqe.Az-ın "Fichajes"ə istinadən məlumatına görə, Milan klubu 23 yaşlı futbolçunun transferini bu yay genişmiqyaslı heyət yenidənqurması çərçivəsində nəzərdən keçirir.

“İnter”də hesab edirlər ki, Uilyams ötən il baş məşqçi Kristian Kivunun Ademola Lukmanı transfer etmək cəhdi uğursuz olanda hazırladığı 3-4-2-1 sxeminə mükəmməl uyğunlaşacaq.

Qeyd olunur ki, Uilyamsın transferini reallaşdırmaq üçün “İnter” əvvəlcə bəzi futbolçularını satmalı və əldə olunan vəsaiti yenidən heyətə yönəltməlidir. Yalnız satışlardan sonra Milan klubunun rəhbərliyi Niko və “Atletik”in nümayəndələri ilə danışıqlara başlamağa hazır olacaq.







Transfer

Sterlinq klub tapa bilmir
  • Transfer
  • 22:44 28.09.2026
Sterlinq klub tapa bilmir