25 mart 2026. Çərşənbə

"Yuventus" "İnter"in yarımmüdafiəçisini hədəfə alıb


  • Transfer
  • 23:41 24.03.2026
  • Oxunma sayı: 57
"Yuventus" "İnter"in yarımmüdafiəçisini hədəfə alıb

“İnter”in yarımmüdafiəçisi Kristian Aslani “Yuventus”un maraq dairəsinə düşüb.

90deqiqe.Az-ın "FcInterNews.it"ə istinadən məlumatına görə, Turin klubu hazırda 24 yaşlı dayaq yarımmüdafiəçisinin icarə əsasında çıxış etdiyi “Beşiktaş” klubundakı oyunlarını izləyir.

“Yuventus” bu yay alban futbolçunu transfer etməyə cəhd göstərmək niyyətindədir. Artıq futbolçunun agenti ilə ilkin danışıqlar da başlanılıb.

Hazırda Aslani icarə əsasında “Beşiktaş”da çıxış edir. Türkiyə klubunun futbolçunu birdəfəlik almaq hüququ olsa da, bu variantın aktivləşdiriləcəyinə dair heç bir zəmanət yoxdur. Kristian Aslani bu ilin yanvarında “Beşiktaş”a icarəyə göndərilib. Onun “İnter”lə müqaviləsi 30 iyun 2028-ci ilə qədər nəzərdə tutulub.

Cari mövsümdə yarımmüdafiəçi Türkiyə klubunun heyətində bütün turnirlərdə 8 oyuna çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer

Kazemiro "İnter"ə keçə bilər
  • Transfer
  • 23:00 24.03.2026
Kazemiro "İnter"ə keçə bilər