- Transfer
- 23:49 24.03.2026
Madrid “Atletiko”sunun hücumçusu Xulian Alvares “Barselona”nın əsas transfer hədəfi olaraq qalır.
90deqiqe.Az xəbər verir ki, “blauqrana” rəhbərliyi argentinalı futbolçunun transferi üçün qarşıdakı yayda böyük məbləğ ayırmağı planlaşdırır.
Baş məşqçi Hans-Diter Flik “matrasçılar”ın ulduzunu öz komandasında görmək istəyir. Bu transferin reallaşması üçün “Barselona”nın digər transfer planlarından imtina etməsi də istisna olunmur. Ehtimal ki, klub hazırkı heyətdən bəzi futbolçuları satmalı olacaq.
Transfermarkt portalı Xulian Alvaresin dəyərini 90 milyon avro olaraq qiymətləndirir. Cari mövsümdə hücumçu 44 oyunda 17 qol vurub və 9 məhsuldar ötürmə ilə yadda qalıb.