- Transfer
- 23:49 24.03.2026
“Barselona” “Əl-Hilal”dan sağ cinah müdafiəçisi Joau Kanselunun transferini birdəfəlik reallaşdırmaq variantlarını araşdırır.
90deqiqe.Az xəbər verir ki, Kataloniya klubu portuqaliyalını daimi əsasda heyətə qatmaqda maraqlıdır, lakin transfer üçün ödəniş etmək niyyətində deyil.
Bu razılaşmaya “blauqrana”nın yarımmüdafiəçisi Mark Kasado da daxil edilə bilər. “Əl-Hilal” da 22 yaşlı futbolçu ilə maraqlanır. “Barselona” Kasadonun dəyərini 20 milyon avrodan yüksək qiymətləndirir və bu məbləğin Kanselunun transfer xərclərini qarşılamağa kömək edə biləcəyini düşünür.
La Liqa nəhəngi Joau Kanselunu qış transfer pəncərəsində icarəyə götürüb. 31 yaşlı futbolçu Hans-Diter Flikin rəhbərlik etdiyi komandada 12 oyunda 1 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.