25 mart 2026. Çərşənbə

Salahın yeni ünvanı Səudiyyə Ərəbistanı ola bilər


  • Transfer
  • 18:57 25.03.2026
  • Oxunma sayı: 38
Salahın yeni ünvanı Səudiyyə Ərəbistanı ola bilər

"Liverpul" klubunun hücumçusu Məhəmməd Salah karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

90deqiqe.Az-ın "Mirror Football"a istinadən məlumatına görə, misirli futbolçu ilə "Əl-Nəsr" klubu maraqlanır. Səudiyyə Ərəbistanı təmsilçisi oyunçunun maaşını üç dəfə artırmağa hazırdır. Salahın bu komandada həftəlik qazancı 1,4 milyon avroya qədər ola bilər. Artıq tərəflər arasında ilkin danışıqlara da başlanılıb.

Həmçinin misirli hücumçunun Səudiyyə Ərəbistanı Peşəkar Liqasının simalarından birinə çevrilməsi planlaşdırılır.

Qeyd edək ki, futbolçu mövsümün sonunda “Liverpul”dan azad agent kimi ayrılacağını açıqlayıb. O, cari mövsümdə 34 oyunda 10 qol vurub və 9 məhsuldar ötürmə edib.







Transfer

Kazemiro "İnter"ə keçə bilər
  • Transfer
  • 23:00 24.03.2026
Kazemiro "İnter"ə keçə bilər