- Transfer
- 22:00 25.03.2026
Yarımmüdafiəçi Bruno Fernandes yayda “Mançester Yunayted”dən ayrıla bilər.
90deqiqe.Az-ın "Football365"ə istinadən məlumatına görə, “qırmızı şeytanlar” artıq portuqaliyalının mümkün əvəzləyicisini müəyyənləşdiriblər.
Klub bir neçə mövsümdür parlaq oyun nümayiş etdirən “Nottingem Forest”in futbolçusu Morqan Gibbs-Uaytı transfer etməyi nəzərdən keçirir. Artıq futbolçunun agenti ilə danışıqlara da başlanılıb.
Morqan Gibbs-Uayt 2022-ci ildə 29 milyon avro qarşılığında “Vulverhempton”dan “Nottingem Forest”ə keçib. Onun “meşəçilər”lə müqaviləsi 30 iyun 2028-ci ilə qədər qüvvədədir. Cari mövsümdə yarımmüdafiəçi bütün turnirlərdə 44 oyunda iştirak edib, 11 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun bazar dəyəri 60 milyon avro qiymətləndirilir.