- Transfer
- 23:03 25.03.2026
“Nottingem Forest”in yarımmüdafiəçisi Elliot Anderson karyerasını “Mançester Siti”də davam etdirə bilər.
90deqiqe.Az-ın "Sky Sports"a istinadən məlumatına görə, "şəhərlilər" 23 yaşlı futbolçunun transferində maraqlıdır.
Anderson yayda böyük ehtimalla komandadan ayrılacaq Bernardu Silvanın əvəzedicisi kimi nəzərdən keçirilmir. İngilis yarımmüdafiəçinin mümkün transferi Mateo Kovaçiç və Niko Qonsalesin gələcəyindən asılı olacaq. Mançester təmsilçisi artıq futbolçunun agenti ilə danışıqlara da başlayıb.
Elliot Anderson 2024-cü ildə 41 milyon avro qarşılığında “Nyukasl”dan “Nottingem Forest”ə keçib. Onun “meşəçilər”lə müqaviləsi 30 iyun 2029-cu ilə qədər qüvvədədir. Cari mövsümdə yarımmüdafiəçi bütün turnirlərdə 41 oyunda iştirak edib, 2 qol vurub və 3 məhsuldar ötürmə edib.