1 oktyabr 2026. Cümə axşamı

"Yuventus" afrikalı futbolçu ilə maaş məsələsində razılığa gələ bilmir


  • Transfer
  • 21:57 25.03.2026
  • Oxunma sayı: 388
"Yuventus" afrikalı futbolçu ilə maaş məsələsində razılığa gələ bilmir

"Əl Əhli"nin yarımmüdafiəçisi Frank Kessie İtaliya liqasına qayıda bilər.

90deqiqe.Az-ın "Corriere dello Sport"a istinadən məlumatına görə, "Yuventus" 29 yaşlı futbolçunu transfer etməkdə maraqlıdır.

Kot-d'ivuarlı yarımmüdafiəçi azad agent ola biləcəyi üçün Turin klubunun yay transfer hədəflərindən biridir. İtaliya nəhəngi artıq futbolçunun agenti ilə danışıqlara da başlayıb.

Bununla belə, "Yuventus" Kessieyə mövsümdə maksimum 6 milyon avro maaş təklif etməyə hazırdır, "Əl Əhli"də isə oyunçu ildə 10 milyon avro qazanır.

Frank Kessie 2023-cü ildə "Barselona"dan "Əl Əhli"yə 12 milyon avroya keçib. Bu mövsüm yarımmüdafiəçi Səudiyyə Ərəbistanı klubunda bütün yarışlarda 33 oyuna çıxıb, doqquz qol vurub və üç məhsuldar ötürmə edib.







Transfer

Sterlinq klub tapa bilmir
  • Transfer
  • 22:44 28.09.2026
Sterlinq klub tapa bilmir