- Transfer
- 23:59 25.03.2026
PSJ-nin hücumameyilli yarımmüdafiəçi Xviça Kvaratsxeliya karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
90deqiqe.Az-ın "İndependent"ə istinadən məlumatına görə, gürcü futbolçu “Arsenal”ın diqqət mərkəzinə düşüb.
London klubu futbolçunun transfer imkanını nəzərdən keçirir. "Topçular" artıq futbolçunun agenti ilə ilkin danışıqlara da başlayıblar. Kvaratsxeliyanın ətrafı bu keçidə müsbət yanaşır, lakin transferin reallaşması çətin görünür.
Belə ki, PSJ bu məsələdə sərt mövqe sərgiləyəcək və futbolçu ilə yollarını ayırmaq niyyətində deyil.
25 yaşlı yarımmüdafiəçinin transfer dəyəri 90 milyon avro olaraq qiymətləndirilir. Onun Paris klubu ilə mövcud müqaviləsi 2029-cu ilin ortalarınadək qüvvədədir.