- Transfer
- 23:59 25.03.2026
“Atletiko” komandasının hücumçusu Xulian Alvares karyerasını “Arsenal” klubunda davam etdirə bilər.
90deqiqe.Az xəbər verir ki, London klubu təcrübəli futbolçunu transfer etməyi nəzərdən keçirir.
“Topçular”ın baş məşqçisi Mikel Arteta argentinalı futbolçunun oyununu yüksək qiymətləndirir, lakin bu transferin baş tutma ehtimalı çox aşağı hesab olunur.
İngiltərə nəhənginin rəhbərliyi hücumçu üçün tələb olunan 100 milyon avronu ödəmək niyyətində deyil. “Atletiko” məhz bu məbləği istəyir. "Arsenal" hazırda futbolçunun agenti ilə danışıqlar aparır.
Transfermarkt saytında Xulian Alvaresin təxmini bazar dəyəri 90 milyon avro göstərilir. 26 yaşlı futbolçuya “Barselona” və “Çelsi” klublarının da maraq göstərdiyi bildirilir.
2024-cü ildə “Atletiko” bu oyunçunu “Mançester Siti” klubundan 75 milyon avroya transfer edib.