26 mart 2026. Cümə axşamı

"Mançester Siti" "Mançester Yunayted"in transfer hədəfini ələ keçirə bilər


  • Transfer
  • 20:58 26.03.2026
  • Oxunma sayı: 59
"Mançester Siti" "Mançester Yunayted"in transfer hədəfini ələ keçirə bilər

“Barselona”nın cinah müdafiəçisi Aleks Balde karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

90deqiqe.Az-ın "Mundo Deportivo"ya istinadən məlumatına görə, İngiltərənin “Mançester Yunayted”, “Mançester Siti” və “Aston Villa” klubları ispaniyalı futbolçunun xidmətində maraqlıdır.

Hazırda adı çəkilən klublar futbolçunun transferi üçün rəsmi təklif göndərməyiblər. Baldə isə Kataloniya klubundan ayrılmaq fikrində deyil. Klub rəhbərliyi də müdafiəçini satmaq niyyətində deyil.

Cari mövsümdə ispaniyalı müdafiəçi bütün turnirlərdə 34 oyunda iştirak edib və üç məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun klubla mövcud müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.

İspaniyanın “Transfermarkt” portalının məlumatına görə, futbolçunun bazar dəyəri 55 milyon avrodur.







Transfer