26 mart 2026. Cümə axşamı

“Atletiko” Alvareslə müqaviləni yeniləməyə hazırlaşır


  • Transfer
  • 21:45 26.03.2026
  • Oxunma sayı: 31
“Atletiko” Alvareslə müqaviləni yeniləməyə hazırlaşır

“Atletiko” klubu hücumçu Xulian Alvaresə yeni müqavilə təklif etməyə hazırlaşır.

90deqiqe.Az-ın "Marca"ya istinadən məlumatına görə, buna səbəb futbolçunun digər komandalar, xüsusilə maraq göstərən “Barselona”ya keçidinin qarşısını almaqdır. 

Mənbənin bildirdiyinə görə, “matrasniklər” argentinalı hücumçunu komandanın ən yüksək maaş alan oyunçularından biri edə bilər və o, qapıçı Yan Oblakla bərabər ən yüksək gəlirli oyunçu statusunu qazanacaq. Əvvəllər mediada qapıçının maaşının təxminən 20 milyon avro olduğu bildirilmişdi.

Qeyd olunur ki, “Atletiko” Alvareslə müqaviləni əlavə bir-iki il uzatmaq niyyətindədir. Bu zaman futbolçu ildə 10 milyon avrodan çox qazanacaq.

Cari mövsümdə argentinalı hücumçu bütün turnirlərdə 44 oyunda iştirak edib, 17 qol vurub və 9 məhsuldar ötürmə edib. Futbolçunun klubla mövcud müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalının məlumatına görə, futbolçunun bazar dəyəri 90 milyon avrodur.







Transfer

"Yuventus" onu hədəfə alıb
  • Transfer
  • 23:14 26.03.2026
"Yuventus" onu hədəfə alıb