26 mart 2026. Cümə axşamı

“Liverpul” Salaha əvəzedici tapıb


  • Transfer
  • 21:51 26.03.2026
  • Oxunma sayı: 28
“Liverpul” Salaha əvəzedici tapıb

 “Everton”un cinah hücumçusu İliman Ndiaye karyerasını "Liverpul"da davam etdirə bilər.

90deqiqe.Az-ın "TEAMtalk"a istinadən məlumatına görə, “Mersisayd” təmsilçisi Ndiayeni mövsümün əvvəlindən bəri izləyir. İngiltərə nəhəngi 26 yaşlı futbolçunu yayda komandadan ayrılacaq Məhəmməd Salahın əvəzedicisi olaraq nəzərdən keçirir.

Artıq futbolçunun agenti ilə danışıqlara başlanılıb. Ndiayenin transferində “Mançester Yunayted” də rəqib ola bilər. Mançester təmsilçisi seneqallı futbolçunu hücumçu Coşua Zirkzi üçün alternativ kimi qiymətləndirir.

Cari mövsümdə Ndiaye bütün turnirlərdə 27 oyunda iştirak edib, 6 qol vurub və 3 məhsuldar ötürmə edib. Futbolçunun klubla mövcud müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalının məlumatına görə, onun bazar dəyəri 50 milyon avrodur.







Transfer

"Yuventus" onu hədəfə alıb
  • Transfer
  • 23:14 26.03.2026
"Yuventus" onu hədəfə alıb