- Transfer
- 23:28 26.03.2026
“Everton”un futbolçusu Ceyms Qarner karyerasını “Mançester Yunayted”də davam etdirə bilər.
90deqiqe.Az-ın "Sports Boom"a istinadən məlumatına görə, “qırmızı şeytanlar” akademiyasının yetirməsi olan futbolçunu geri komandaya gətirmək niyyətindədir. İngiltərə nəhəngi artıq futbolçunun agenti ilə danışıqlara başlayıb.
Mənbənin bildirdiyinə görə, futbolçunun "irislər”ə satışı zamanı mançesterlilər geri alım hüququnu müqaviləyə daxil etməyiblər. 2026-cı ilin yanvarında Qarnerlə müqavilənin uzadılmasından sonra “Everton” futbolçunu 50–55 milyon funt sterlinqdən (təxminən 58–63 milyon avro) aşağı qiymətə satmayacaq. Qarner hazırda klubun ən yüksək maaş alan oyunçularındandır.
25 yaşlı futbolçu 2022-ci ildən “Everton”da çıxış edir. Cari mövsümdə Qarner bütün turnirlərdə 34 oyunda iştirak edib, 3 qol vurub və 6 məhsuldar ötürmə edib. Futbolçunun klubla mövcud müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalının məlumatına görə, onun bazar dəyəri 35 milyon avrodur.