- Transfer
- 23:59 26.03.2026
"Atletiko Madrid"in müdafiəçisi Xose Ximenes karyerasını İtaliyada davam etdirə bilər.
90deqiqe.Az-ın "FcInterNews.it"ə istinadən məlumatına görə, "İnter" uruqvaylı futbolçunu transfer etməkdə maraqlıdır. 31 yaşlı futbolçunun ətrafı Milan klubunun marağından xəbərdardır və "İnter"in Avropanın aparıcı klublarından biri olmaq potensialına malik olduğuna inanır. Artıq tərəflər arasında danışıqlarda başlayıb.
Ximeneslə bağlı müzakirələrin Dünya Kubokundan sonra aparılacağı ehtimal olunur.
Xose Ximenes 2013-cü ildə "Danubio"dan 1 milyon avroya "Atletiko Madrid"ə keçib. Onun "matrasçılar"la müqaviləsi 30 iyun 2028-ci ilə qədərdir. Bu mövsüm müdafiəçi Madrid klubunda bütün yarışlarda 23 oyuna çıxıb, bir qol vurub və bir məhsuldar ötürmə edib.