- Transfer
- 23:59 26.03.2026
Almaniyanın “Hoffenhaym” klubunun hücumçusu Fisnik Asllani karyerasını İspaniyada davam etdirə bilər.
90deqiqe.Az-ın "Diario SPORT"a istinadən məlumatına görə, “Barselona” 23 yaşlı futbolçunu yay transfer dövründə hücum xəttini gücləndirmək üçün namizədlərdən biri kimi nəzərdən keçirir.
Kataloniya təmsilçisi artıq futbolçunun agenti ilə danışıqlara başlayıb.
Futbolçunun özü də mümkün keçidlə bağlı söz-söhbətləri artırıb. Belə ki, Asllani sosial şəbəkə hesabında “Barselona” ilə “Nyukasl” arasında keçirilən Çempionlar Liqasının 1/8 final mərhələsinin oyununu izlədiyi fotonu paylaşıb. O, daha əvvəl də Kataloniya klubunda çıxış etməyin arzusunda olduğunu gizlətməyib.
Qeyd edək ki, Fisnik Asllani 2019-cu ildə azad agent kimi “Union”dan “Hoffenhaym”a transfer olunub. Onun klubla müqaviləsi 2029-cu il iyunun 30-dək qüvvədədir.
Cari mövsümdə hücumçu 28 oyunda meydana çıxaraq 9 qol vurub və 8 məhsuldar ötürmə ilə yadda qalıb.