27 mart 2026. Cümə

"Yuventus" onu hədəfə alıb


  • Transfer
  • 23:14 26.03.2026
  • Oxunma sayı: 67
"Yuventus" onu hədəfə alıb

"Borussiya Dortmund"un yarımmüdafiəçisi Julian Brandt karyerasını İtaliyada davam etdirə bilər.

90deqiqe.Az-ın "La Gazzetta dello Sport"a istinadən məlumatına görə, "Yuventus" 29 yaşlı futbolçu ilə müqavilə imzalamaqda maraqlıdır. Turin klubu alman futbolçunun pulsuz transferini nəzərdən keçirir, çünki o, yayda azad agent olacaq və bunu Dortmund klubunun rəhbərliyi əvvəlcədən açıqlayıb. İtaliya nəhəngi artıq futbolçunun agenti ilə də danışıqlara başlayıb.

Oyunçunun müqaviləsi 30 iyun 2026-cı ildə başa çatır və tərəflər tərəfdaşlıqlarını davam etdirməmək qərarına gəliblər. Julian Brandt 2019-cu ildə 25 milyon avroya "Bayer Leverkuzen"dən "Borussiya Dortmund"a keçib. Bu mövsüm yarımmüdafiəçi Dortmund forması ilə bütün yarışlarda 34 oyunda meydana çıxıb, 10 qol vurub və üç məhsuldar ötürmə edib.







Transfer

"Yuventus" onu hədəfə alıb
  • Transfer
  • 23:14 26.03.2026
"Yuventus" onu hədəfə alıb