27 mart 2026. Cümə

Leon Qoretska üçün hərəkətə keçib


  • Transfer
  • 23:23 26.03.2026
  • Oxunma sayı: 45
 Leon Qoretska üçün hərəkətə keçib

Almaniyanın “Bavariya” klubunun yarımmüdafiəçisi Leon Qoretska yayda komandasını tərk edəcək.

90deqiqe.Az xəbər verir ki, İtaliyanın “Milan” klubunun nümayəndələri təcrübəli yarımmüdafiəçi ilə əlaqə saxlayıb. Almaniyalı futbolçu üçün İtaliyaya keçid variantı cəlbedici hesab olunur. Artıq futbolçunun agenti ilə ilkin razılığa gəlinib.

Xatırladaq ki, 31 yaşlı futbolçunun başa çatan müqaviləsinin uzadılmayacağı ilin əvvəlində rəsmi şəkildə açıqlanmışdı.

Leon Qoretska 2018-ci ildən “Bavariya”nın formasını geyinir. O, bu mövsüm baş məşqçi Vensan Kompaninin rəhbərlik etdiyi komandada bütün yarışlarda 37 oyuna çıxıb, 2 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Hazırda “Milan” İtaliya çempionatında 30 turdan sonra 2-ci pillədə qərarlaşıb və lider “İnter”dən 6 xal geri qalır.







Transfer

"Yuventus" onu hədəfə alıb
  • Transfer
  • 23:14 26.03.2026
"Yuventus" onu hədəfə alıb