- Transfer
- 23:59 26.03.2026
İtaliyanın “İnter” klubu “Roma”nın yarımmüdafiəçisi Manu Kone ilə maraqlanmaqda davam edir.
90deqiqe.Az-ın "La Gazzetta dello Sport"a istinadən məlumatına görə, 24 yaşlı futbolçu uzun müddətdir Milan təmsilçisinə keçidlə əlaqələndirilir və cari mövsüm başa çatdıqdan sonra tərəflər arasında rəsmi danışıqların başlanması gözlənilir.
Məlumata görə, “İnter” yay transfer dövründə fransalı oyunçunu heyətinə qatmaq üçün cəhd edəcək. Lakin transferin dəyərinin əvvəllər nəzərdə tutulan 40 milyon avro deyil, təxminən 50 milyon avro olacağı bildirilir. Futbolçunun qiyməti də mütəxəssislər tərəfindən eyni məbləğdə dəyərləndirilir.
Manu Konenin “Roma” ilə müqaviləsi 2029-cu ilin ortalarınadək qüvvədədir.
Cari mövsümdə yarımmüdafiəçi "Roma" klubunun heyətində 34 oyunda iştirak edib, 2 qol vurub və 2 məhsuldar ötürmə verib.