- Transfer
- 23:59 26.03.2026
İngiltərənin “Arsenal” klubuna Madrid “Real”ının yarımmüdafiəçisi Eduardo Kamavinqa təklif olunub.
90deqiqe.Az-ın "CaughtOffside"yə istinadən məlumatına görə,son həftələrdə adı tez-tez transfer söz-söhbətlərində hallanan 23 yaşlı futbolçunun namizədliyi London təmsilçisinə təqdim edilib. Lakin “topçular” bu variantı yalnız öz planlarına uyğun hesab etdikləri halda qəbul edəcəklər.
Kamavinqaya ən ciddi maraq göstərən klub isə “Liverpul”dur. Mersisayd təmsilçisinin nümayəndələrinin futbolçunun ətrafı ilə artıq iki mərhələ danışıqlar apardığı bildirilir. Bununla belə, bu görüşlərin klublar arasında rəsmi danışıqlara gətirib çıxaracağı hələlik dəqiq deyil.
Qeyd olunur ki, fransalı yarımmüdafiəçi yalnız növbəti mövsüm Çempionlar Liqasında çıxış edəcək komandaya keçidi nəzərdən keçirir.
Mütəxəssislər Kamavinqanın transfer dəyərini 50 milyon avro civarında qiymətləndirirlər.