27 mart 2026. Cümə

“Komo” xorvatiyalı yarımmüdafiəçisini itirə bilər


  • Transfer
  • 23:59 26.03.2026
  • Oxunma sayı: 54
“Komo” xorvatiyalı yarımmüdafiəçisini itirə bilər

İtaliyanın “Komo” klubunun yarımmüdafiəçisi Martin Baturina karyerasını başqa komandada davam etdirə bilər.

90deqiqe.Az-ın məlumatına görə, “İnter” klubu xorvatiyalı futbolçunun transferində maraqlıdır. Milan təmsilçisi bir müddətdir 23 yaşlı yarımmüdafiəçinin oyununu izləyir. İtaliya nəhəngi artıq futbolçunun agenti ilə ilkin danışıqlara da başlayıb.

Martin Baturina 2025-ci ildə Zaqreb “Dinamo”sundan “Komo”ya 18 milyon avro qarşılığında transfer olunub. Onun müqaviləsi 2030-cu il 30 iyuna qədər nəzərdə tutulub.

Cari mövsümdə yarımmüdafiəçi 25 oyunda meydana çıxaraq 7 qol vurub və 4 məhsuldar ötürmə edib. Transfermarkt portalı onun dəyərini 24 milyon avro qiymətləndirir.







Transfer

"Yuventus" onu hədəfə alıb
  • Transfer
  • 23:14 26.03.2026
"Yuventus" onu hədəfə alıb