- Transfer
- 23:33 27.03.2026
İngiltərənin Çempionşip liqasında çıxış edən "Bristol Siti" komandasının yeni baş məşqçisi müəyyənləşib.
90deqiqe.Az-ın məlumatına görə, klub mövsümün sonunadək komandaya rəhbərlik etmək üçün təcrübəli mütəxəssis Roy Hocson ilə razılığa gəlib. O, bununla da 44 ildən sonra yenidən Bristol təmsilçisinə qayıdıb.
Klub rəhbərliyi ardıcıl uğursuz nəticələrdən sonra baş məşqçi Cerhard Struber ilə yollarını ayırıb və mövsümün sonunadək komandanı Roy Hocsona tapşırıb.
Son olaraq "Kristal Pelas" klubunda çalışan təcrübəli mütəxəssis bir müddət komandadan kənarda qaldıqdan sonra yenidən məşqçiliyə qayıdıb.
Qeyd edək ki, 78 yaşlı mütəxəssis 1982-ci ildə də Bristol klubunda çalışıb və məşqçilik karyerasına məhz bu komandada başlayıb.