28 mart 2026. Şənbə

“Milan” 18 yaşlı yarımmüdafiəçini transfer etmək istəyir

yunanıstanlı


  • Transfer
  • 22:02 27.03.2026
  • Oxunma sayı: 30
“Milan” 18 yaşlı yarımmüdafiəçini transfer etmək istəyir

Belçikanın “Genk” komandasında çıxış edən yarımmüdafiəçi Konstantinos Karetsas karyerasını İtaliyada davam etdirə bilər. 

90deqiqe.Az-ın "Tuttosport"a istinadən məlumatına görə, İtaliyanın “Milan” klubu yunanıstanlı futbolçu ilə maraqlanır. Klub rəhbərliyi 18 yaşlı futbolçunu perspektivli oyunçu hesab edir və onun komandanın heyətini cavanlaşdıraraq gücləndirə biləcəyini düşünür.

Bununla belə, futbolçunun transferi asan olmayacaq. Belçika klubu öz aparıcı futbolçusunu 35 milyon avrodan aşağı məbləğə buraxmaq istəmir.

Bildirilir ki, futbolçunun xidmətində İngiltərənin aparıcı klubları – “Çelsi”, “Arsenal” və “Mançester Yunayted” də maraqlıdır.

Cari mövsümdə Karetsas bütün turnirlərdə 43 oyunda iştirak edib, 3 qol vurub və 18 məhsuldar ötürmə edib.







Transfer