28 mart 2026. Şənbə

Seballos "Real Madrid"dən ayrılmaq istəyir


  • Transfer
  • 22:29 27.03.2026
  • Oxunma sayı: 46
Seballos "Real Madrid"dən ayrılmaq istəyir

“Real”ın mərkəz yarımmüdafiəçisi Dani Sebalyos mövsümün sonunda klubdan ayrılmaq niyyətindədir.

90deqiqe.Az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.

Məlumata görə, 29 yaşlı futbolçu qərarı özü qəbul edib, komandada oyun vaxtının qeyri-sabit olmasından narazılıq edir.

İspan futbolçunun karyerasını davam etdirmək üçün əsas variant Betis hesab olunur.

O, 2017-ci ildən “Real”ın formasını geyinir.

Cari mövsümdə futbolçu bütün turnirlərdə 22 oyunda iştirak edib, amma məhsuldar hər hansı göstərici ilə yadda qalmayıb. Onun klub ilə mövcud müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.







Transfer