- Transfer
- 23:53 27.03.2026
"Yuventus"un müdafiəçisi Andrea Kambiaso yay transfer pəncərəsində "Barselona"ya keçə bilər.
90deqiqe.Az xəbər verir ki, italyan futbolçu "Blaugrana"nın namizədlər siyahısında birinci yerdədir. Kataloniya klubu 26 yaşlı müdafiəçini son vaxtlar adları qızğın müzakirə olunan bir çox digər oyunçulardan üstün tutur.
Artıq futbolçunun agenti ilə danışıqlara da başlanılıb.
"Transfermarkt" Kambiasonun bazar dəyərini 30 milyon avro olaraq qiymətləndirir. Bu mövsüm oyunçu "Yuventus"un heyətində bütün yarışlarda 39 oyuna çıxıb, üç qol vurub və dörd məhsuldar ötürmə edib.