28 mart 2026. Şənbə

“Yuventus” Levandovskini transfer etmək istəyir


  • Transfer
  • 23:11 27.03.2026
  • Oxunma sayı: 52
“Yuventus” Levandovskini transfer etmək istəyir

“Barselona”nın hücumçusu Robert Levandovski karyerasını İtaliyada davam etdirə bilər.

90deqiqe.Az-ın " La Gazzetta dello Sport"a istinadən məlumatına görə, “Yuventus” klubu polşalı forvardı transfer etməkdə maraqlıdır.

Turin klubu futbolçunun ətrafı ilə ilkin danışıqlar aparıb. İndi “Yuventus” onun potensialını daha dərindən öyrənmək, fiziki forması, oyun səviyyəsi və motivasiyasını qiymətləndirmək niyyətindədir.

Robert Levandovski 2022-ci ildə “Bavariya”dan 45 milyon avro qarşılığında “Barselona”ya keçib. Onun kataloniya klubuyla müqaviləsi 30 iyun 2026-cı ilə qədərdir.

Cari mövsümdə hücumçu bütün turnirlər üzrə 37 oyunda iştirak edib, 16 qol vurub və 3 məhsuldar ötürmə edib.







Transfer