- Transfer
- 23:53 27.03.2026
“Liverpul”un müdafiəçisi Covanni Leoni İtaliyaya qayıda bilər.
90deqiqe.Az-ın "Corriere dello Sport"a istinadən məlumatına görə, “İnter” gənc futbolçunun transferi variantını yenidən nəzərdən keçirir. Milan təmsilçisi ötən yay Leonini heyətinə qatmaq istəsə də, oyunçu karyerasını “Liverpul”da davam etdirməyə üstünlük vermişdi.
Hazırda “İnter” müdafiəçini icarə əsasında heyətinə cəlb etməyi planlaşdırır. Artıq futbolçunun agenti ilə danışıqları yenidən bərpa edib.
Qeyd edək ki, Leoni ötən ilin sentyabrında ön çarpaz bağlarının qopması səbəbindən ciddi zədə alıb və əməliyyat olunub. O, “Liverpul”un heyətində yalnız Liqa Kuboku çərçivəsində bir oyunda meydana çıxıb. Futbolçunun bu ilin sentyabrında yaşıl meydanlara qayıdacağı gözlənilir.
Xatırladaq ki, “Liverpul” Leoninin transferi üçün “Parma” klubuna 31 milyon avro ödəyib.