28 mart 2026. Şənbə

"Nyukasl" "Arsenal"ın müdafiəçisi ilə müqavilə imzalaya bilər


  • Transfer
  • 23:28 27.03.2026
  • Oxunma sayı: 63
"Nyukasl" "Arsenal"ın müdafiəçisi ilə müqavilə imzalaya bilər

“Arsenal”ın cinah müdafiəçisi Ben Uayt karyerasını “Nyukasl”da davam etdirə bilər.

90deqiqe.Az-ın "Sports Boom"a istinadən məlumatına görə, “sağsağanlar” futbolçunu yay transfer pəncərəsində komandadan ayrılması gözlənilən Kiran Trippiyerə alternativ kimi nəzərdən keçirir. Artıq futbolçunun agenti ilə danışıqlara başlanılıb.

Qeyd olunur ki, “topçular” 28 yaşlı müdafiəçini büdcə balansını qorumaq məqsədilə satmağa hazırdır.

Ben Uayt cari mövsümdə bütün turnirlər daxil olmaqla 21 oyunda meydana çıxıb. O, bu qarşılaşmalarda 1 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Futbolçunun transfer dəyəri 30 milyon avro olaraq qiymətləndirilir.







Transfer