1 oktyabr 2026. Cümə axşamı

Xviça PSJ və "Arsenal" arasında seçim etdi


  • Transfer
  • 23:33 27.03.2026
  • Oxunma sayı: 349
Xviça PSJ və "Arsenal" arasında seçim etdi

Fransanın PSJ klubunun yarımmüdafiəçisi Xviça Kvaratsxeliya komandanı tərk etməyi planlaşdırmır.

90deqiqe.Az-ın "Tribal Football"a istinadən məlumatına görə, gürcü vinger Paris təmsilçisindəki mövqeyindən razıdır və yay transfer pəncərəsində klubdan ayrılmaq niyyətində deyil.

Xatırladaq ki, daha əvvəl mətbuatda futbolçuya “Arsenal” klubunun maraq göstərdiyi barədə xəbərlər yayılmışdı. Lakin oyunçunun mövqeyi səbəbindən bu transferin baş tutma ehtimalı aşağı qiymətləndirilir.

Qeyd edək ki, 25 yaşlı futbolçunun PSJ ilə müqaviləsi 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədədir. Onun transfer dəyəri 90 milyon avro təşkil edir.







Transfer

Sterlinq klub tapa bilmir
  • Transfer
  • 22:44 28.09.2026
Sterlinq klub tapa bilmir