1 oktyabr 2026. Cümə axşamı

Peres “Barselona”nın ulduzunu “Real”a gətirmək istəyir


  • Transfer
  • 23:53 27.03.2026
  • Oxunma sayı: 382
Peres “Barselona”nın ulduzunu “Real”a gətirmək istəyir

“Real”ın prezidenti Florentino Peres səs-küylü keçid reallaşdırmaq niyyətindədir.

90deqiqe.Az-ın "Radio Marca"ya istinadən məlumatına görə, klub rəhbərinin diqqət mərkəzində “Barselona”nın yarımmüdafiəçisi Pedri yer alıb. Bildirilir ki, Peres gənc futbolçunu “Real”ın heyətində görmək istəyir.

Hazırkı şəraitdə Pedrinin “Barselona”dan “Real”a keçidini təsəvvür etmək olduqca çətin görünür. Bununla belə, futbol tarixində oxşar hadisələrin baş verdiyi məlumdur. Bu baxımdan, 2000-ci ildə portuqaliyalı futbolçu Luiş Fiqonun “Barselona”dan “Real”a keçidi yada düşür.

Mütəxəssislərin qiymətləndirməsinə əsasən, 23 yaşlı yarımmüdafiəçinin bazar dəyəri 150 milyon avro civarındadır. Qeyd edək ki, Pedri qısa müddət əvvəl “Barselona” ilə müqaviləsini 2030-cu ilin ortalarınadək uzadıb.







Transfer

Sterlinq klub tapa bilmir
  • Transfer
  • 22:44 28.09.2026
Sterlinq klub tapa bilmir