29 mart 2026. Bazar günü

“Yuventus” kanadalı üçün 30 milyon ödəməyə hazırdır


  • Transfer
  • 22:40 28.03.2026
  • Oxunma sayı: 59
“Yuventus” kanadalı üçün 30 milyon ödəməyə hazırdır

“Sassuolo”nun yarımmüdafiəçisi İsmael Kone karyerasını “Yuventus”da davam etdirə bilər.

90deqiqe.Az-ın "La Gazzetta dello Sport"a istinadən məlumatına görə, İtaliya klubu heyətini 23 yaşlı futbolçu ilə gücləndirməyi planlaşdırır.

Məlumata görə, Turin təmsilçisi bu futbolçunu artıq indiki mərhələdə orta xətti gücləndirə biləcək əsas oyunçulardan biri kimi görür. Artıq futbolçunun agenti ilə danışıqlarada başlanılıb.

“Neroverdi” isə Koneyə görə 25-30 milyon avro tələb edir.

İsmael Kone Kanada futbolunun yetirməsidir. Yarımmüdafiəçi karyerası ərzində “Monreal İmpekt”, “Uotford”, “Marsel” və “Renn” klublarında çıxış edib. O, eyni zamanda Kanada millisinin üzvüdür. Cari mövsümdə klub səviyyəsində keçirdiyi 28 oyunda beş qol vurub.

Hazırda “Yuventus” A Seriyasının turnir cədvəlində beşinci pillədə qərarlaşıb.







Transfer