- Transfer
- 23:45 28.03.2026
“Barselona” klubu hücumçusu Ferran Torreslə yollarını ayıra bilər.
90deqiqe.Az-ın "TEAMtalk"a istinadən məlumatına görə, “blauqrana”nın bu futbolçunu satması klubun maliyyə çətinliklərini qismən həll edə bilər. Bildirilir ki, “Barselona” Ferran Torresi “Mançester Yunayted” klubuna təklif edib və hazırda oyunçunun gələcəyi ilə bağlı məsələlərlə vasitəçilər məşğul olur.
Eyni zamanda, Kataloniya təmsilçisi müxtəlif variantları nəzərdən keçirir. Bu variantlar arasında Ferran Torresin “Atletiko”dan Xulian Alvaresin transferi ilə bağlı mümkün razılaşmada yer alması ehtimalı da var.
Qeyd edək ki, Ferran Torres 2020-2022-ci illərdə İngiltərədə “Mançester Siti”nin formasını geyinib. 26 yaşlı futbolçunun transfer dəyəri hazırda 50 milyon avro qiymətləndirilir.