- Transfer
- 23:45 28.03.2026
PSJ və Fransa millisinin hücumçusu Usman Dembele qidalanma vərdişləri ilə bağlı açıqlama verib.
90deqiqe.Az-ın "The Touchline"yə istinadən məlumatına görə, futbolçu bildirib ki, o, qidalanma rejimini dəyişmək niyyətində deyil:
“Mən hələ də oyunlardan sonra burger və pizza yeyirəm. Hər zaman yox, amma xüsusilə matçdan sonra – bunu demək olar ki, hər futbolçu edir. Mən həmişə onları yeyəcəyəm. Heç vaxt imtina etməyəcəyəm”, – deyə Dembele vurğulayıb.
Xatırladaq ki, ötən il Usman Dembele “Qızıl top” mükafatına layiq görülüb. Futbolçunun “PSJ” ilə mövcud müqaviləsi 2027/2028-ci il mövsümünün sonuna qədər qüvvədədir. Onun transfer dəyəri hazırda 100 milyon avro qiymətləndirilir.