29 mart 2026. Bazar günü

Salah İtaliyaya qayıda bilər - klubun adı açıqlandı


  • Transfer
  • 23:00 28.03.2026
  • Oxunma sayı: 49
Salah İtaliyaya qayıda bilər  - klubun adı açıqlandı

2025/2026-cı illər mövsümünün sonunda “Liverpul”dan ayrılacağı rəsmən açıqlanan Məhəmməd Salah karyerasını yenidən İtaliyada davam etdirə bilər.

90deqiqe.Az-ın "La Gazzetta dello Sport"a istinadən məlumatına görə, misirli hücumçu yay transfer dövründə İtaliyaya qayıda bilər. Bildirilir ki, Salah “Roma”ya dönüş variantını nəzərdən keçirir. Lakin bu transferin baş tutması maliyyə baxımından asan görünmür.

Hazırda Salah ildə təxminən 12 milyon avro xalis qazanc əldə edir. “Roma”da isə maaş limiti 4 milyon avro təşkil edir. Buna baxmayaraq, futbolçunun bir mövsümlük müqavilə ilə Roma klubuna qoşulması ehtimalı istisna edilmir.

Qeyd edək ki, Məhəmməd Salah iyun ayında 34 yaşını tamamlayacaq. O, “Liverpul”dan doqquz mövsüm sonra ayrılacaq. Misirli forvard 2015-2017-ci illərdə “Roma”da çıxış edib. Həmin dövrdə o, 83 oyunda meydana çıxaraq 34 qol vurub və 21 məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer