- Transfer
- 23:45 28.03.2026
“Nyukasl”ın hücumçusu Antoni Qordon “Liverpul”a keçə bilər.
90deqiqe.Az xəbər verir ki, “qırmızılar” futbolçunu bu yay heyətə qatmaq niyyətindədir. Qordon özü də “qırmızı-mələklər”ə keçmək istədiyini “Nyukasl” rəhbərliyinə bildirib. Artıq tərəflər arasında danışıqlara start verilib.
Əgər komanda cari mövsümün sonunda Çempionlar Liqasına vəsiqə qazanmasa, “Nyukasl” lider oyunçulardan birini satmağa məcbur olacaq. Klub Entoni Qordonun satışını Sandro Tonaliyə üstün tutur.
Qordon 2023-cü ildə “Everton”dan “Nyukasl”a 45 milyon avroya transfer olunub. Cari mövsümdə o, 45 oyunda 17 qol vurub və 5 məhsuldar ötürmə edib.