1 oktyabr 2026. Cümə axşamı

Bastoni “Barselona”ya keçid üçün razılıq verdi


  • Transfer
  • 23:19 28.03.2026
  • Oxunma sayı: 324
Bastoni “Barselona”ya keçid üçün razılıq verdi

“Barselona” klubu ciddi transfer həyata keçirməyə yaxınlaşır.

90deqiqe.Az-ın "Marca"ya istinadən məlumatına görə, “İnter”in ulduz müdafiəçisi Alessandro Bastoni Kataloniya klubuna keçid üçün razılıq verib. 26 yaşlı futbolçu klublar arasında danışıqların başlanmasını təsdiqləyib.

Alessandro Bastoni Transfermarkt portalına görə yüksək qiymətə – 70 milyon avroya qiymətləndirilir. Onun “İnter”lə mövcud müqaviləsi 2027/2028 mövsümünün sonuna qədər nəzərdə tutulub. Bastoni “İnter”də 293 oyuna çıxaraq 8 qol vurub və 30 məhsuldar ötürmə edib.

Qeyd edək ki, Milan klubu hazırda A Seriyasının turnir cədvəlində birinci pillədədir, eləcə də “Barselona” La Liqada lider mövqedədir.







Transfer

Sterlinq klub tapa bilmir
  • Transfer
  • 22:44 28.09.2026
Sterlinq klub tapa bilmir