1 oktyabr 2026. Cümə axşamı

“Real” PSJ-nin iki ulduzunu transfer etmək niyyətindədir


  • Transfer
  • 23:29 28.03.2026
  • Oxunma sayı: 328
“Real” PSJ-nin iki ulduzunu transfer etmək niyyətindədir

"Real Madrid" PSJ klubundan iki ulduz oyunçu transfer etməkdə maraqlıdır.

90deqiqe.Az-ın "Sport.es"ə istinadən məlumatına görə, klub rəhbərliyi portuqaliyalı yarımmüdafiəçi Vitinya və əvvəllər "Los Blancos"da oynamış müdafiəçi Əşrəf Hakimi transfer etmək istəyir. Madrid nəhəngi artıq sözügedən futbolçuların agenti ilə danışıqlara başlayıb.

Yarımmüdafiəçinin parislilərlə müqaviləsi 2029-cu ilin ortalarına qədərdir və 110 milyon avro dəyərindədir. Hakimi PSJ ilə 2029-cu ilin iyun ayının sonuna qədər müqavilə bağlayıb. 27 yaşlı mərakeşlinin qiyməti 80 milyon avrodur.







Transfer

Sterlinq klub tapa bilmir
  • Transfer
  • 22:44 28.09.2026
Sterlinq klub tapa bilmir