- Transfer
- 23:45 28.03.2026
“Barselona” klubu qarşıdakı yay mövsümündə “Atletiko”nun hücumçusu Xulian Alvaresi heyətinə qatmaqda çətinlik çəkəcək.
90deqiqe.Az xəbər verir ki, argentinalı futbolçu “matrasçılar” rəhbərliyinə təzyiq göstərməyi planlaşdırmır və transfer üçün hər hansı tələbi yoxdur. Buna görə də, “Barselona”nın Alvarezi əldə etməsi yalnız “Atletiko”nun razılığı ilə mümkün olacaq və əməliyyatın reallaşma ehtimalı aşağıdır.
Transfermarkt portalının qiymətləndirməsinə görə, 26 yaşlı futbolçunun bazar dəyəri 90 milyon avrodur. Alvaresin müqaviləsində 500 milyon avroluq çıxış klauzası nəzərdə tutulub ki, bu da potensial alıcılar üçün hər hansı üstünlük yaratmır.