- Transfer
- 23:45 28.03.2026
“Roma” klubuna məxsus müdafiəçi Evan N’Dika İngiltərə Premyer Liqasının bir neçə aparıcı klubunun diqqət mərkəzinə düşüb.
90deqiqe.Az-ın "Caught Offside"yə istinadən məlumatına görə, futbolçunu heyətinə qatmaq istəyən komandalar arasında “Liverpul”, “Mançester Yunayted” və “Tottenhem” yer alır. Sözügedən klublar artıq 26 yaşlı futbolçunun agenti ilə danışıqlara başlayıb.
"Roma" klubu müdafiəçi ilə yollarını ayırmağa hazırdır. Bildirilir ki, paytaxt təmsilçisi futbolçu üçün təxminən 40-45 milyon avro məbləğində təklif alacağı təqdirdə transferə razılıq verə bilər.
Cari mövsümdə Evan N’Dika Roma forması ilə 35 oyunda meydana çıxıb. Müdafiəçi bu görüşlərdə 5 dəfə fərqlənməyi bacarıb.
Futbolçu ilə klub arasında qüvvədə olan müqavilənin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub.